Putin və Paşinyan Ermənistanın bir sıra rayonlarından hərbçilərin çıxarılması ilə bağlı razılığa gəliblər։ Peskov

Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərini Ermənistanın bəzi rayonlarından çıxarmaq barədə razılığa gəliblər, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
“Həqiqətən də şərtlərin dəyişməsinə görə Paşinyan və Putin bu məsələdə razılığa gəliblər”, - deyə o bildirib və Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalacağına aydınlıq gətirib.
30 sentyabr 1992-ci il tarixli razılaşmaya əsasən, Rusiya FTX-nin sərhəd mühafizə idarəsi erməni tərəfdaşları ilə Türkiyə və İranla sərhəd mühafizə xidmətini həyata keçirir.





