logo

KİV-in azadlığı ilə bağlı Azərbaycandakı vəziyyət narahatlıq doğurur: Peter Mixalko

KİV-in azadlığı ilə bağlı Azərbaycandakı vəziyyət narahatlıq doğurur: Peter Mixalko

Avropa İttifaqı Azərbaycanın güclü tərəfdaşıdır və ifadə, mətbuat və informasiya azadlığı məsələləri bu münasibətlərin bir hissəsidir. Bu barədə cümə axşamı Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko mayın 3-də qeyd edilən Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşündə bildirib. 

Onun sözlərinə görə, ifadə və mətbuat azadlığı "demokratik standartların və sistemin əsas elementləridir" və Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Aİ bunu xüsusi olaraq vurğulayır.

Mixalko təəssüflə qeyd edib ki, jurnalistika bütün düynada getdikcə daha təhlükəli peşəyə çevrilir.

Turan-ın Aİ-nin mətbuat azadlığının təmin edilməsinə hansı töhfəni verə biləcəyi haqqında sualına cavabda o qeyd edib ki, bu məsələlər iki ölkə arasındakı diaqloda prioritet məsələlərdir.

"KİV azadlığı bizim prioritetlərimizdən biridir. Bu məsələ hər zaman gündəlikdədir və Azərbaycandakı vəziyyət narahatlıq doğurur və biz dialoqumuzda buna diqqət yetiririk", deyə Mixalko bildirib.

O, jurnalistlərin son həbslərini təəssüflə qeyd edib. Mixalko həmçinin beynəlxalq təşkilatların media qanunu ilə bağlı tövsiyələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT