logo

Gürcüstanda Xarici agentlər haqqında qanun yenidən parlamentə təqdim ediləcək

Gürcüstanda Xarici agentlər haqqında qanun yenidən parlamentə təqdim ediləcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası “Xarici agentlər haqqında” qanunu yenidən parlamentə təqdim edəcək.

Bu barədə partiyanın parlament fraksiyasının sədri Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib. Bildirib ki, parlament çoxluğu partiyanın siyasi şurası ilə məsləhətləşmələrdən sonra xarici təsirlərin şəffaflığı haqqında qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını qəbul edib. Mdinaradze QHT-lərin xaricdən qəbul etdiyi vəsaitin 90%-nin açıqlanmadığını, bunun dövlət təhlükəsizliyinə təhdid törətdiyini bildirib.

O, qanun layihəsinin mətninin ötən ilki ilə eyni olacağını, yeganə fərqin “xarici təsir agenti” sözü əvəzinə “xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilat” olacağını qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT