Lavrov rusların prezident Putinin xarici siyasət kursunu dəstəkləyəcəyinə əmindir

Lavrov rusların prezident Putinin xarici siyasət kursunu dəstəkləyəcəyinə əmindir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rusların qarşıdan gələn prezident seçkilərində Rusiyanın hazırkı prezidenti Vladimir Putinin xarici siyasət kursunu dəstəkləyəcəklərinə əmin olduğunu bildirib.

Lavrovun sözlərinə görə, Moskvanın beynəlxalq aləmdəki xətti uzunmüddətli, strateji xarakter daşıyır.

“Prezidentin siyasəti ölkəmiz vətəndaşlarının ən geniş dəstəyini alır və şübhə yoxdur ki, bu dəstək sabahdan etibarən keçiriləcək seçkilərdə öz təsdiqini tapacaq”, -  nazir deyib. 

Xatırladaq ki, Rusiya Federasiyasının prezidentinin seçkiləri martın 17-nə təyin edilsə də, MSK-nın qərarına əsasən, seçkilər 15, 16 və 17 martda keçiriləcək.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT