Nikol Paşinyan Brüsseldə keçiriləcək nüvə enerjisi sammitində iştirak edəcək

Nikol  Paşinyan Brüsseldə keçiriləcək nüvə enerjisi sammitində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçiriləcək nüvə enerjisi sammitində iştirakını təsdiqləyib.

Bunu Belçikanın Ermənistandakı səfiri Erik de Myunk deyib.

“Martın 21-də Brüsseldə nüvə enerjisinə həsr olunmuş sammit təşkil olunacaq. Baş nazir Nikol Paşinyan bu tədbirdə iştirak edəcəyini təsdiqləyib. O, həmin vaxt Brüsseldə olacaq və Belçika hakimiyyətinin nümayəndələri ilə görüşə biləcək”, - o vurğulayıb.

Xatırladaq ki, martın 21-22-də Brüsseldə nüvə enerjisinə həsr olunmuş sammit keçiriləcək. Sammitə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi və Belçikanın Baş naziri Aleksandr De Kros həmsədrlik edəcək.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT