logo

Ermənistan bir sıra göstəricilərlə Aİİ çərçivəsində lider olub: Pankin

Ermənistan bir sıra göstəricilərlə Aİİ çərçivəsində lider olub: Pankin

Avrasiya İqtisadi Birliyinə üzv olmaqdan imtina etmək Ermənistan üçün sərfəli olmayacaq. Bu, Yerevanın maraqlarına ziddir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin  “РИА Новости”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİİ çərçivəsində əməkdaşlıq Ermənistan üçün səmərəlidir. Ermənistan bir neçə ildir ki, ÜDM-in artımı, əsas kapitala qoyulan investisiyalar, başa çatdırılmış tikinti işlərinin həcmi və digər göstəricilərə görə İttifaq daxilində liderə çevrilib.

“ER Baş naziri Nikol Paşinyanın səsləndirdiyi prioritetlər inteqrasiyanın qurulması sahəsində yanaşmalarımıza uyğundur. Biz səmərəli əməkdaşlığa sadiqik”, - Pankin əlavə edib.

Bu il yanvarın 1-dən Aİİ-yə sədrlik Rusiyadan Ermənistana keçib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT