logo

Numbeo-nun məlumatına görə, Yerevan 329 ən təhlükəsiz şəhər arasında 15-ci yerdə qərarlaşıb

Numbeo-nun məlumatına görə, Yerevan 329 ən təhlükəsiz şəhər arasında 15-ci yerdə qərarlaşıb

NUMBEO beynəlxalq nüfuzlu analitik informasiya portalının cinayət və təhlükəsizlik indeksinin yekun məlumatlarına əsasən, Ermənistan dünyanın ən təhlükəsiz 146 ölkəsi arasında 7-ci yeri tutub. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin portalın məlumatına görə, Yerevan öz mövqeyini yaxşılaşdırıb. Paytaxt Yerevan 329 ən təhlükəsiz şəhər arasında 15-ci, ötən il isə 20-ci olub.

Yeri gəlmişkən, Ermənistan və Yerevan həm regionda, həm də MDB ölkələri və şəhərləri arasında reytinq cədvəlində liderdir.

Qeyd edək ki, indeksdə Gürcüstan 19-cu, Azərbaycan isə  33-cü yerdədirlər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT