Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir: Borrell

Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir: Borrell

“Prezident Əliyevin son  ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Brusseldə deyib.

O, Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında çıxış edərək bildirib ki, Aİ üzvü olan ölkələr hesab edir ki, Azərbaycan Ermənistanla substantiv danışıqlara və münasibətlərin normallaşmasına qayıtmalıdır.

O, həmçinin qeyd edib ki, Aİ ölkələri diplomatları qovulmuş (Azərbaycandan) Fransa ilə həmrəylik ifadə edir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT