Abdollahian Metsamor AES-in Araks çayını radioaktiv maddələrlə çirkləndirdiyi barədə yayılan xəbərləri təkzib edib

Abdollahian Metsamor AES-in Araks çayını radioaktiv maddələrlə çirkləndirdiyi barədə yayılan xəbərləri təkzib edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Ermənistanın Metsamor AES-in Araks çayını radioaktiv maddələrlə çirkləndirməsi xəbərini təkzib edib. O, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin iclasında bildirib.

Diplomatın sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatı texniki hesabat hazırlayıb və müvafiq tədbirlər həyata keçirib ki, bu da çayın Ermənistan tərəfindən çirkləndirilmədiyini sübut edir.

Bundan əvvəl Azərbaycan mətbuatında Metsamor Atom Elektrik Stansiyasının Araks çayına sutkada 12-16 min kubmetr radioaktiv material tökülməsi və Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Qazaxıstan üçün ekoloji təhlükə yaratdığı barədə yalan məlumatlar yayılıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT