TSAHAL-ın HƏMAS-ın hücumuna cavabı mütənasib deyil։ Makron

TSAHAL-ın HƏMAS-ın hücumuna cavabı mütənasib deyil։ Makron

Fransa prezidenti "France 5" telekanalının efirində bildirib ki, terrorla mübarizənin mənası Qəzza zolağının tamamilə yerlə-yeksan edib dinc əhaliyə hücumu deyil.

Emmanuel Makron əlavə edib ki, bu yanaşmanın normaya çevrilməsinə icazə verilə bilməz. O bildirib ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin TSAAL-ın HƏMAS-ın hücumuna reaksiyası qeyri-mütənasibdir. O, atəşkəsə çağırıb.

Ukraynadan danışan Makron əmin edib ki, Paris Kiyevi dəstəkləməyə davam edəcək. “Bu, bizə dinc yaşamaq imkanı verəcək. Biz Rusiya ilə müharibə aparmırıq. Lakin biz o ölkənin qalib gəlməsinə imkan verməməliyik”, - deyə Fransa rəhbəri bildirib.

Makronun sözlərinə görə, Fransa yaxın aylarda bu istiqamətdə mühüm qərarlar qəbul etməli olacaq. “Biz görürük ki, Avropada, həmçinin ABŞ-da Ukraynaya dəstəkdən şübhələnməyə başlayırlar. Bununla belə, Kiyevin təhlükəsizliyinin gücləndirilməsi mütləqdir”, - Fransa lideri bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT