İranq qarşılıqlı addımları, Ermənistan və Azərbaycanın əməkdaşlığa yönəlmiş birgə bəyanatını alqışlayır: İran XİN

İranq qarşılıqlı addımları, Ermənistan və Azərbaycanın əməkdaşlığa yönəlmiş birgə bəyanatını alqışlayır: İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Ermənistan və Azərbaycan hökumətlərinin birgə bəyanatına və Tehranın ziddiyyətləri həll etmək üçün diplomatik səylərinə toxunaraq deyib:

“İran Ermənistan və Azərbaycanın qarşılıqlı addımlara və əməkdaşlığa, o cümlədən hər iki tərəfdən məhbusların azad edilməsinə yönəlmiş birgə bəyanatını alqışlayır. İran bunu sülhə nail olmaq üçün konstruktiv, müsbət və təqdirəlayiq addım hesab edir.

Sülhə nail olmaq üçün bölgədə sülh dilini və tərəflər arasında etimad mühitini gücləndirmək lazımdır. Bu birgə bəyanat regionun problemlərinin həllində regional dialoqun və mexanizmlərin nə qədər səmərəli ola biləcəyini göstərir. Ümid edirik ki, bu hərəkətlər iki tərəf arasında sülh və sabitliyə gətirib çıxaracaq. İran regional sabit təhlükəsizliyin, ədalətli sülhün və əməkdaşlığın təşviqi üçün hər iki ölkəyə dəstək verməyə hazırdır”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT