Rəisi Putinlə görüşmək üçün Moskvaya səfər edib

Rəisi Putinlə görüşmək üçün Moskvaya səfər edib

İran İslam Respublikasnın Prezidenti İbrahim Rəisi Rusiyaya səfər edib. Ölkə başçısı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə məlumatı “İRNA” xəbər agentliyi yayıb. 

Daha əvvəl Kremldən bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlığın cari gündəliyinin, xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən nəqliyyat və energetika sahəsində Rusiya-İran layihələrinin həyata keçirilməsinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, əsas beynəlxalq və regional problemlərə dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulur. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Rəisi Ukrayna və Qəzzadakı vəziyyəti müzakirə edə bilərlər. 

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 5-də Xəzər regionu ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Moskvaya səfər edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT