Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb

Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Bu barədə Armen Qriqoryan "Facebook" hesabında bildirib. Onun sözlərinə görə, görüş dekabrın 4-də Ağ Evdə baş tutub.

Qriqoryan bildirib ki, o, Ceyk Sallivanla təhlükəsizlik və iqtisadi sahədə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

"Biz həmçinin, regional təhlükəsizlik vəziyyətini müzakirə etdik, bu çərçivədə mən Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqlədim", - Ermənistan rəsmisi qeyd edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT