Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Aİ-ni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Aİ-ni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Azərbaycanın təcavüzkar siyasətini və Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hərbi hücumu pisləyən Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə illik hesabatları qəbul edib.

Hesabatda bildirilir ki, Azərbaycanın hücumu nəticələrsiz qala bilməz. Sənədlə Avropa Birliyinə Azərbaycan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb. Qeyd olunur ki, Azərbaycan dəfələrlə atəşkəs rejimi pozub.

Qeyd olunur ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirmək üçün insan hüquqlarının müdafiəsi, qanunun aliliyi, demokratiya, etnik azlıqların müdafiəsi sahəsində irəliləyiş əldə etməlidir.

Sənəddə Avropa İttifaqının Ermənistanda mülki missiyasının formalaşması alqışlanır, Avropa Şurasına missiyada ekspertlərin sayını artırmağa, onun imkanlarını təkmilləşdirməyə çağırılır.

Bundan başqa, Komissiya Azərbaycanı Birliyin missiyasının öz ərazisində və Dağlıq Qarabağda yerləşdirilməsinə icazə verməyə, erməni mədəni, tarixi və dini irsini qorumağa çağırır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT