“6-cı Paris Sülh Konfransı çərçivəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna və Paris meri Ann Hidalqo ilə qısaca fikir mübadiləsi aparmaq imkanım oldu”, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün X səhifəsində yazıb.
“Ermənistan və Fransa arasında əməkdaşlığın genişləndirilmiş gündəliyi, eləcə də regional məsələlər daimi siyasi dialoqumuzun bir hissəsidir”, - Ermənistan XİN rəhbəri bildirib.










