G7 ölkələrinin xarici işlər nazirləri Azərbaycanı beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırıblar

G7 ölkələrinin xarici işlər nazirləri Azərbaycanı beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırıblar

Tokioda keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə ermənilərin Dağlıq Qarabağdan məcburi köçünün nəticələri müzakirə olunub. Xarici işlər nazirlərinin bəyanatında deyilir:

“Biz Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra ermənilərin Dağlıq Qarabağdan köçürülməsinin humanitar nəticələrindən ciddi narahatıq. Biz Azərbaycanı beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırırıq və köçkünlərin təcili humanitar ehtiyaclarını ödəmək üçün beynəlxalq səyləri alqışlayırıq. Biz Ermənistan və Azərbaycan arasında gücdən istifadə etməmək, suverenliyə, toxunulmazlığa və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan sabit və davamlı sülhün bərqərar olmasına dəstəyimizi vurğulayırıq”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT