Ermənistan-BƏƏ iqtisadi əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Ermənistan-BƏƏ iqtisadi əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Baş nazir Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin ticarət və iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Məhəmməd Əlsayeqi qəbul edib.

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, baş nazir BƏƏ nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsi istiqamətində birgə addımların atılmasının vacibliyini vurğulayıb. 

Nikol Paşinyanın sözlərinə görə, ikitərəfli əməkdaşlıq son vaxtlar dinamik xarakter daşıyır. Baş nazir dövlət nazirinin səfərinin Ermənistan-BƏƏ əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəyinə inandığını bildirib.

Əhməd Əli Məhəmməd Əlsayeq ER hökumətinin həmkarları ilə səmərəli müzakirələr apardığını, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin və mümkün layihələrin qeyd olunduğunu bildirib.

Görüşdə iki ölkə arasında münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT