Dağlıq Qarabağda vəziyyət ağır olaraq qalır, regionda əsas sabitləşdirici amil yenə də Rusiya sülhməramlılarıdır: Zaxarova

Dağlıq Qarabağda vəziyyət ağır olaraq qalır, regionda əsas sabitləşdirici amil yenə də Rusiya sülhməramlılarıdır: Zaxarova

"Dağlıq Qarabağda vəziyyət ağır olaraq qalır və Rusiya tərəfi əhalinin normal həyatını təmin etmək üçün fəaliyyətini davam etdirəcək".

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışarkən deyib.

Sözçü Stepanakert yaxınlığında baş vermiş partlayışda ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

"Rusiya sülhməramlıları yanğının söndürülməsində fəal iştirak edib və zərərçəkənlərə yerindəcə tibbi yardım göstərib, onları Ermənistanda müalicə olunmaq üçün helikopterlə təxliyə ediblər. Sülhməramlılar regionda sabitləşdirici rol oynayır", - deyə o vurğulayıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT