İsveç Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarını ödəmək üçün BQXK-ya 15 milyon İsveç kronu ayırıb

İsveç Beynəlxalq Qızıl Xaç Komitəsinə Dağlıq Qarabağ əhalisinin təcili humanitar ehtiyaclarını, o cümlədən tibbi nəqliyyat, ərzaq və nağd pul yardımlarını ödəmək üçün 15 milyon İsveç kronu ayırır.
Bu barədə İsveçin Ermənistandakı səfiri Patrik Svenson özünün X (keçmiş Twitter) mikrobloqunda məlumat verib.





