logo

Dağlıq Qarabağın erməni əhalisi üçün real etnik təmizləmə və soyqırım təhlükəsi var: ER XİN rəhbəri

Parlament-Hökumətin sual-cavab iclasında deputat Arusyak Culhakyanın sualına cavab verən ER xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, ER XİN BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə noyabrın 9-da üçtərəfli bəyanata uyğun olaraq qaçqınların Dağlıq Qarabağ və ətraf rayonlara, ərazilərə qayıtmasını təmin etmək üçün işə başlayıb, yazışmalar var, bir neçə görüş keçirilib, məsələnin müzakirəsi davam edir.

“Əslində Azərbaycan tərəfinin yaratdığı əngəllər var. Burada da erməni tərəfi maksimum konstruktiv olmağa, həll yollarını tapmağa çalışır ki, 7-ci bənddə nəzərdə tutulanlar həyata keçirilsin.

Soyqırımın qarşısının alınması mexanizminə gəlincə, biz uzun müddətdir ki, bu istiqamətdə işləyirik və indi səylərimizi daha da gücləndirmişik, çünki reallıqda hamının gördüyü kimi, xüsusən də Dağlıq Qarabağın erməni əhalisi üçün real etnik təmizləmə, soyqırımı təhlükəsi mövcuddur. Bu, hətta Azərbaycanın ən yüksək rəsmilərinin bəyanatlarında da açıq şəkildə görə bilərik, deməli, beynəlxalq ictimaiyyətin, xüsusən də BMT-nin həqiqətən də bu istiqamətdə işi var”, - deyə Mirzoyan bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT