logo

Son zamanlar Azərbaycanın ermənifob təbliğatı və birbaşa təhdidləri güclənib: Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlament-Hökumətin sual-cavab sessiyası zamanı sülh prosesindən danışıb, eyni zamanda Azərbaycanın aqressiv ritorikasının gücləndiyini vurğulayıb.

Mirzoyanın sözlərincə, sülh müqaviləsi üzrə danışıqlar davam edir: “Yenidən Azərbaycan təkliflərini almışıq, biz onların üzərində işləyirik, təzliklə təkliflərimiz olacaq”. 

Mirzoyanın sözlərinə görə, Azərbaycan tərəfinin aqressiv ritorikası nəinki sülh prosesinə töhfə vermir, həm də həmin prosesin yolunda yeni maneələr yaradır.

“Ancaq bizim mövqeyimiz dəyişməyib, biz qətiyik. Biz regionda uzunmüddətli və sabit sülhün bərqərar olması məqsədilə danışıqları əzmlə və səmimiyyətlə davam etdirəcəyik", - deyə XİN rəhbəri bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT