logo

Ermənistanın soyqırımın qarşısının alınması üçün beynəlxalq mexanizmlərin tətbiqi üçün tədbirlər görməlidir: Paşinyan

ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Dağlıq Qarabağ xalqına qarşı etnik təmizlənmələr və soyqırımın hazırlanması təhlükəsi var. 

“Azərbaycanın dövlət və hakimiyyətyönlü təbliğatı uzun zamandır ki, Dağlıq Qarabağa qarşı genişmiqyası hücum üçün informasyon fon hazırlayır və bu gərginliyin tendensiyaları yerdə də özünü göstərirlər.

Bizim qiymətləndirməmiz eyni olaraq qalır: Azərbaycanın hərbi-siyasi rəhbərliyi DQ xalqına qarşı etnik təmizlənmə və soyqırımın törədilməsi üçün hazırlıq görür

Bunu Beynəlxalq Ədalət Məhkəməsinin qərarında da görmək olar. 22 fevralda qəbul olunan qərarda Laçın dəhlizinin bağlanmasının DQ xalqı üçün geri dönməz humanitar nəticələrə səbəb ola biləcəyi açıq şəkildə bildirilir”,- Paşinyan vurğuladı və əlavə etdi ki, bu kontekstdə soyqırımın qarşısının alınması üçün Ermənistan tərəfindən beynəlxalq mexanizmlərin işə salınması üçün tədbirlər görəcəyini vacib və təxirəsalınmaz hesab edir.

"Söz xüsusilə Birləşmiş Millətlər Təşkilatının mexanizmlərindən gedir. Bununla bağlı Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verdim”,- Baş nazir dedi.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT