30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədinin humanitar yardım üçün açılması simvolikdir: Mirzoyan

Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm.

Bunu Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Mizroyan Ermənistanın da 1988-ci ildə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb: “Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil”, - erməni nazir əlavə edib.

Mirzoyan Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib.

Mirzoyan 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədinin Adyamaya gedən humanitar yardımla yüklənmiş erməni yük maşınları üçün açılmasını da simvolik adlandırıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT