Vahaqn Xaçaturyan estoniyalı həmkarına Laçın dəhlizinin blokadasının nəticələrini təqdim edib

İşgüzar səfərlə Estoniyada olan ER prezidenti Vahaqn Xaçaturayn estoniyalı həmkarla görüşüb.

Görüş zamanı prezident Xaçaturyan Ermənistan-Azərbaycan və regional məsələləri, Laçın humanitar dəhlizinin blokadası və onun nəticələri barədə təfərrüatlarını estoniyalı həmkara təqdim edib. Bu kontekstdə Vahaqn Xaçaturyan Estoniyanın Laçın dəhlizinin blokunun açılması ilə bağlı aydın mövqeyindən məmnunluğunu ifadə edib.

Estoniya prezidenti Alar Karis əmin edib ki, Estoniya həm fərdi ölkə kimi, həm də Aİ-nin üzvü kimi Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması üçün mümkün qədər qərəzsiz vasitəçilik səyləri göstərməyə çalışır.

Görüş zamanı Ermənistan-Estoniya əməkdaşlığına dair geniş spektrli məsələlər müzakirə edilib, qarşılıqlı fəaliyyətin perspektiv istiqamətləri, xüsusilə yüksək texnologiyalar sənayesi, rəqəmsallaşdırma, kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi sistemlərinin tətbiqi sahələrində müəyyən edilib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT