Biz Uruqvayda səfirlik və Təbriz şəhərində Baş konsulluq açmağı planlaşdırırıq: Mirzoyan

Hazırda Uruqvayda səfirlik və İranın Təbriz şəhərində Baş konsulluq açmağı planlaşdırırıq. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Parlamentin komitələrinin birgə iclasında bildirib.

“Bilirsiniz ki, iranlı həmkarlarımız bu yaxınlarda Kapanda Baş konsulluq açıblar. Uzun müddətdir ki, razılıq əldə olunub ki, biz də Təbrizdə açacağıq”, - deyə nazir bildirib.

Uruqvaya gəlincə, bu razılaşma ötən il həmin ölkənin xarici işlər nazirinin Ermənistana səfəri zamanı əldə olunub.

Kipr və Serbiyada da diplomatik nümayəndəliklərin açılması planlaşdırılır.

“Biz həmçinin Rusiya Federasiyasının Vladiqafqaz şəhərində konsulluq idarəsi açacağıq. Coğrafiyadan güman etmək olar ki, Yuxarı Larsla bağlı problemlərin bizim qərarımızda rolu var”, - deyə Mirzoyan bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT