Suriyanın yeni təyin olunmuş səfiri və ER Xİ naziri Ermənistan-Suriya əməkdaşlığının gücləndirilməsi perspektivlərinə toxunublar

İyunun 2-də Suriya Ərəb Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Nora Arisyan etimadnaməsinin surətlərini Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana təqdim edib.

Nazir Mirzoyan Nora Arisyanı təbrik edib və onun diplomatik fəaliyyətinin Ermənistan-Suriya əlaqələrinin davamlı inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Həmsöhbətlər iki xalq arasında qarşılıqlı rəğbət və etimada əsaslanan ənənəvi, dostluq əlaqələrini yüksək qiymətləndiriblər. Bu baxımdan Suriyadakı erməni icmasının rolu vurğulanıb.

Bu il Ermənistanla Suriya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu vurğulayan tərəflər Ermənistan-Suriya əməkdaşlığının ikitərəfli və çoxtərəfli miqyasda gücləndirilməsi perspektivlərinə toxunublar. 


 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT