Dəhliz məntiqi ilə müzakirə olmayıb, Azərbaycan danışıqlara uyğun olmayan bəyanatlar verir: Armen Qriqoryan

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd etdi ki, status Artsaxın təhlükəsizliyi və insanların hüquqları məsələsindən gəlməlidir. 

“Biz Artsaxda yaşayan soydaşlarımızın təhlükəsizliyi və hüquqlarına əhəmiyyət verməyə davam edirik, status da ondan gəlməlidir. Biz əminik ki, məhz hüquq və təhlükəsizlik statusu müəyyən edəcək. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”,- Armen Qriqroyan qeyd etdi.

Armen Qriqoryan sözdə dəhliz məsələsinə də toxunub. 

“Brüsseldən şərh olub  ki, dəhliz məntiqi ilə heç bir müzakirə aparılmayıb. Yeri gəlmişkən, bu barədə o vaxt Moskvadakı tərəfdaşlarımız də bildiriblər. Noyabr ayında baş nazirin müavini Overçuk  qeyd etdi ki, dəhliz məntiqi ilə məsələsi müzakirə olunmur. Azərbaycan danışıqlara uyğun gəlməyən bəyanatlar verir”,- o vurğuladı.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT