Ermənistan Respublikasının Prezidenti NATO baş katibinin xüsusi nümayəndəsi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Pirizi qəbul edib.

Prezident ümidvar olduğunu bildirib ki, NATO baş katibinin xüsusi nümayəndəsinin Ermənistana səfəri regionun problemlərinin həllinə müəyyən mənada töhfə verəcək, çünki Xavier Kolomina Piriz sülhməramlı fəaliyyətləri ilə tanınan bir təşkilatı təmsil edir.

Prezidnet qeyd etdi ki, Ermənistan regionda davamlı sülhə nail olmağa çalışır və NATO-dan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş yeganə format olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyərək öz siyasətini davam etdirməsini gözləyir.

Görüşdə beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT