Regional əməkdaşlıq üçün bir neçə təklif var, “3+3” yalnız onlardan biridir: ER Xİ nazirinin müavini

ER Parlamentinin xarici əlaqələr və maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyalarının birgə iclası zamanı ER xarici işlər nazirinin müavini Vahe Gevorgyan “3+3” formatına toxunaraq qeyd edib ki, regional əməkdaşlıqla bağlı Ermənistana başqa təkliflər də təqdim olunub, lakin onlar haqqında danışmaq hələ tezdir.

Nazir müavini Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupunun himayəsi altında hərtərəfli həllinin mümkün olduğunu bir daha təsdiqləyib.

“Regional əməkdaşlıqla bağlı bir neçə təklif var, “3+3” dediyiniz təkliflərdən yalnız biri idi. 

Bizim üçün prioritet məsələ Ermənistanın milli maraqlarının qorunması, risk və təhlükələrin hesablanmasıdır. Bölgədə kommunikasiyaların açılması prosesinin səmərəli həyata keçirilməsi o halda mümkündür ki, bütün tərəflər konstruktiv mövqe nümayiş etdirib əməli addımlar atsınlar.

Eyni zamanda vurğulanmalıdır ki, bu proses Ermənistanın təhlükəsizliyi, suverenliyi və həyati maraqları hesabına baş tuta bilməz”, - deyə Gevorgyan bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT