ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə münasibətlərimizə xüsusi əhəmiyyət veririk: Nikol Paşinyan

Biz ATƏT Minsk qrupunun həmsədr ölkələri ilə münasibətlərimizə xüsusi əhəmiyyət veririk.  Bu barədə ER baş naziri Nikol Paşinyan Hökumət proqramını təqdim edərək qeyd etdi. 

Onun sözlərinə görə, Ermənistan hökuməti ABŞ-la dostluq münasibətlərinin inkişafı və dərinləşdirilməsi istiqamətində ardıcıl olaraq işlərini davam etdirəcək.

“İyunun 12-də 15 əsirimizin geri qaytarılmasında ABŞ administrasiyasının rolunu vurğulamalıyam”,- o deyib. 

Paşinyan qeyd etdi ki, hökumət Fransa ilə imtiyazlı münasibətləri gücləndirməyə davam edəcək.

“Siyasi sahədə mövcud əməkdaşlığa paralel olaraq Fransa ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün konkret addımlar atılacaq. Makron, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin rəhbəri olaraq bölgədə sabitliyin bərqərar olması üçün ciddi səylər göstərir. Biz də bu mövzuda onunla sıx əməkdaşlıq edirik",- Nikol Paşinyan vurğuladı. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT