logo

Blokadadan çıxarılma Ermənistan və Artsaxın təhlükəsizlik və həyati maraqları hesabına baş verə bilməz: Nikol Paşinyan

Ermənistan ətrafında əlverişli mühit yaratmaq üçün mümkün vasitələrdən və platformalardan biri 9 noyabr və 11 yanvar bəyanatları əsasında Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərindən ibarət işçi qrupunun fəaliyyətini aktivləşdirilməsidir. 

Bu barədə ER baş naziri Nikol Paşinyan bildirdi. 

“Bu heç də sadə bir proses deyil, bu Azərbaycan tərəfinin dəhlizlərlə bağlı dağıdıcı və təxribatçı bəyanatları ilə daha da gərginləşdirilir.  Dəfələrlə qeyd etdim ki, nə 9 noyabr tarixli üçtərəfli bəyanatda, nə də 11 yanvar tarixli bəyanatında Ermənistan ərazisi ilə dəhlizin yaradılmasına dair heç bir ifadə, istinad, ifadə yoxdur. 

Söz başqa şey haqqındadır. Ermənistan Rusiya və İranla nəqliyyat əlaqəsi üçün Azərbaycan ərazisindən yol aldığı kimi, Azərbaycan da qərb bölgələri, Naxçıvanla nəqliyyat və kommunikasiya əlaqəsi üçün Ermənistan ərazisindən  yol al bilir”,- deyə Nikol Paşinyan qeyd etdi. 

Nikol Paşinyanın sözlərinə görə, blokadadan çıxarılması prosesi Ermənistan və Artsaxn təhlükəsizlik və həyati maraqları hesabına ola bilməz.   

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT