Baş nazirin AİB Hökumətlərarası Şurasının iclasındakı çıxışı

ER Baş naziri Nikol Paşinyan AİB Hökumətlərarası Şurasının iclasında çıxış etdi. 

Baş nazir öz çıxışında nəqliyyat sektorunun tənzimlənməsi üçün ümumi prinsiplərin hazırlanmasına əhəmiyyət verdi və vurğuladı ki, müzakirə olunan sənəd Avrasiya nəqliyyat dəhlizlərinin sistemli inkişafını və üzv dövlətlərin qanunlarının uyğunlaşdırılmasını nəzərdə tutur.

Paşinyan pandemiya dövründə zəruri malların daşınması üçün yaşıl dəhlizlərin açıldığını məmnunluqla qeyd etdi və bildirdi ki, enerji qaynaqlarından səmərəli istifadə AİB üzv ölkələrinin enerji təhlükəsizliyinə töhfə verəcək.

O, qaz, neft və neft məhsulları üzrə ümumi bazarın genişləndirilməsinin zəruriliyindən danışdı və bu istiqamətdə konstruktiv işlərinin davam edəcəyinə ümid etdiyini bildirdi.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT