Armen Sargsyan Gürcüstanın Ermənistandakı səfirini qəbul edib

Ermənistan Respublikasının Prezidenti Armen Sargsyan ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Georgi Saganelidzeni qəbul etdi.

Prezident Sargsyan iki dost ölkə arasındakı əlaqələrin davamlı inkişafına verdiyi töhfəyə görə səfir Saganelidzeyə təşəkkür etdi və ona uğurlar arzuladı.

Prezident vurğuladı ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ikitərəfli səylər  dövlətlərarası əlaqələri daha da gücləndirmək, iki dost xalq arasında əlaqələri qorumaq və dərinləşdirmək imkanı yaradır.

Səfir Saganelidze qeyd etdi ki,ölkəmizi isti təəssüratlarla tərk edir və bundan sonra da Ermənistanın ən yaxşı dostlarından biri olacaq.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT