Biz sizin yanınızdayıq və Ermənistana 2,6 milyard avro maliyyə paketinin verilməsini bir daha təsdiqləyirik: Şarl Mişel

Avropa İttifaqı, Ermənistanın rifahı, sabitliyi və təhlükəsizliyi üçün sadiq, əlaqəli və fəal bir tərəfdaş olmaq istəyir. Avropa Şurasının prezidenti Şarl Mişel bunu Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla brifinq zamanı söylədi.

“Biz sizin yanınızdayıq və Ermənistana 2,6 milyard avro maliyyə paketinin verilməsini bir daha təsdiqləyirik. Beləcə Ermənistan prioritetlərini həyata keçirilməsinə dəstək oluruq. Bizim bu prioritetlər barədə danışmaq fürsətimiz də vardır”,-Şarl Mişel qeyd etdi. 

Avropa Şurasının prezidenti sabah Azərbaycanda, bazar ertəsi isə Gürcüstanda olacağını da bildirdi.

“Biz Avropa İttifaqı ilə bu bölgə ölkələri arasında əlaqələri gücləndirmək istəyirik”,-deyə o qeyd etdi. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT