ER Xİ naziri İraq Müdafiə nazirinin diqqətini Türkiyənin müharibədə iştirakına yönəldib

Martın 25-də ER Xİ naziri Ara Ayvazyan İraq Respublikasının Müdafiə naziri Cumaa İnad Saadun Xattab ilə görüşüb.

Nazir Ayvazyan İraq nümayəndə heyətini salamlayaraq çoxəsrlik Ermənistan-İraq dostluğuna əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnun olduğunu bildirib.

Tərəflər Ermənistan və İraq arasında hərbi-təhlükəsizlik dialoqunun dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər bir sıra regional təhlükəsizlik məsələlərinə toxunublar.

Nazir Ayvazyan, İraq Müdafiə nazirinin diqqətini Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibədə Türkiyənin birbaşa iştirakına yönəldərək sonuncunun xarici silahlı terrorçuların və muzdluların münaqişə bölgəsində yerləşdirilməsindən narahatlığını bildirib.

Bu çərçivədə, terrorizmə qarşı mümkün ölçülərdə iki ölkə arasında sıx əməkdaşlıq edilməsi lazım olduğu vurğulanıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT