logo

ER baş naziri yeni təyin olunmuş SQ BQ rəisini yüksək səviyyəli zabitlərə təqdim edib

ER baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə gedib və yeni təyin olunmuş SQ Baş Qərargah rəisi Artak Davtyanı yüksək səviyyəli zabit heyətinə təqdim edib.

Nikol Paşinayn ümid bildirib ki, ölkənin, dövlətin, xalqın maraqlarından irəli gələn problemlər həll olunacaq.

Artak Davtyan, göstərilən etimada görə baş nazirə təşəkkür edib və birgə səylər nəticəsində Silahlı Qüvvələr qarşısında mövcud olan bütün problemləri həll edə biləcəyini qeyd edib.

Həm Baş nazir, həm də yeni təyin olunmuş Baş Qərargah rəisi keçmiş Baş qərargah rəisinə və komanda heyətinə çətin dövrdə xidmətlərinə görə təşəkkür ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT