Azərbaycan 9 noyabr bəyanatını pozaraq Dağlıq Qarabağa humanitar yardımın girişinə mane olur

Dağlıq Qarabağdakı humanitar böhran şəraitində ötən həftə DQ xalqına dəstək məqsədilə ER hökumətinin qərarı ilə Dağlıq Qarabağa göndərilmiş 361 ton humanitar yardım Ermənistanın Syunik rayonunun Kornidzor qəsəbəsində, Laçın dəhlizinin girişinin yaxınlığında qalıb, çünki Azərbaycan 9 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı maddəsinin 2-ci bəndini kobud şəkildə pozaraq, humanitar yüklərin Dağlıq Qarabağa daxil olmasına qanunsuz olaraq mane olur. 

Bu barədə ER Baş naziri Nikol Paşinyan avqustun 3-də hökumətin iclasında bildirib.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağa humanitar yüklərin daşınmasının mümkünsüzlüyünü elan etdikdən sonra ER hökuməti Dağlıq Qarabağa humanitar yüklərin göndərilməsi barədə qərar qəbul edib, çünki Azərbaycan BQXK səylərinə də qeyri-qanuni manelər törədir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT