Bu, Ermənistanın daxili məsələsidir və heç kimin buna qarışmağa haqqı yoxdur: TŞ katibi “Nemesis” abidəsi haqqında

ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan “Hağtanak” parkında jurnalistlərlə keçirdiyi brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Nemesis” abidəsinin sökülməsi ilə bağlı çağırışına toxunub.

"Bu, Ermənistanın daxili məsələsidir və heç kimin ona qarışmağa haqqı yoxdur", - deyə Armen Grigoryan bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan hakimiyyətini “Nemesis” abidəsini sökməyə çağırıb. Onun sözlərinə görə, bu baş verməsə, Türkiyə tərəfi Ermənistana qarşı yeni addımlar atacaq.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT