Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərinin normalaşması bölgəmizdə sabitliyə töhfə verəcək: Çavuşoğlu

Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərinin normalaşması bölgəmizdə sabitliyə töhfə verəcək: Çavuşoğlu

Ermənistan bu çətin günümüzdə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.

“Təəssüf ki, Ermənistan da seysmik aktiv zonadadır. 1988-ci il Spitak zəlzələsi hələ də hamımızın yaddaşında qalır. Həmin zəlzələdən sonra Türkiyə tərəfindən Ermənistanda təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göndərilib. İllər sonra həmin gömrük məntəqəsindən Türkiyəyə də yardım gəlib. Düşünürəm ki, bu prosesi davam etdirməliyik”, - Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına töhfə verəcək.

“Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – deyə o əlavə edib ki, Ararat Mirzoyanla görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan işlər də müzakirə olunub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT