İsveç və Finlandiya hələ də NATO-ya üzv olmaq üzrə öhdəliklərini yerinə yetirməyiblər: Akar

İsveç və Finlandiya hələ də NATO-ya üzv olmaq üzrə öhdəliklərini yerinə yetirməyiblər: Akar

Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları yalnız bu ölkələrin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra ratifikasiya edəcək ki, bu da indiyədək baş verməyib. Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.

“Böyük Milli Məclisimiz həmin öhdəlikləri yerinə yetirdikdən sonra qərar verəcək. Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüflə qeyd edirik ki, həmin ölkələrdə təxribat xarakterli hərəkətləri hələ də davam edir. İstər İsveç, istərsə də Finlandiyanın konkret addımlar atacağını gözləyirik”, - deyə Akar vurğulayıb.

Onun sözlərinə görə, Stokholm və Helsinki ilə imzalanmış sənədlər onların NATO-ya üzvlük prosesinin yalnız başlanğıcıdır.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT