Azərbaycan silahlı qüvvələrinin ER suveren ərazilərindən çıxarılması və humanitar məsələlərin ünvanlanması Ermənistan tərəfi üçün prioritetdir: Mirzoyan

Dekabrın 1-də ATƏT Nazirlər Forumu çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnyev Rau ilə görüşüb.

Görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub.

Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı son təcavüzünün nəticələrinə toxunan Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazilərindən çıxarılması və mövcud humanitar problemlərin ünvanlanması Ermənistan üçün prioritetdir. 

Bu kontekstdə ATƏT-in Ermənistandakı ehtiyacların qiymətləndirilməsi missiyasının rolu qeyd edilib və gərginliyin azaldılmasına və sabitliyin yaradılmasına töhfə verəcəyinə ümidvar olduğu vurğulanıb.

Nazir Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik və sülhün əldə olunması ilə bağlı erməni tərəfinin yanaşmalarını da təqdim edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT