logo

Mirzoyan Azərbaycan tərəfinin regional infrastrukturların açılması məsələsində qeyri-konstruktivliyinə toxunub

Regional iqtisadi və nəqliyyat infrastrukturunun blokdan çıxarılması problemi bizim danışıqlarımızın əsas istiqamətlərindən biridir və hərtərəfli nizamlanmanın çox mühüm hissəsidir. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə 2023-cü il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

“Görüşlərimiz, eləcə də Ermənistandan kənarda verilən bəyanatlar göstərir ki, heç kim şübhə etmir ki, mümkün yolların və ya nəqliyyat infrastrukturunun blokdan çıxarılması və yəqin ki, yeni tikiləcək infrastrukturlar bütünlüklə keçdikləri ölkələrin suverenliyi və ərazi bütövlüyü altında olacaq. Qalan təfərrüatlar hələ də müzakirə olunur”, - deyə nazir bildirib.

Mirzoyan Ermənistan tərəfinin konstruktivliyini, Azərbaycanın və digər potensial maraqlı tərəflərin bu məsələdə qeyri-konstruktivliyini qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT