logo

Mirzoyan BQXK prezidenti ilə görüşdə əsirlərə qarşı qeyri-insani rəftarın pislənməsinin vacibliyini vurğulayıb

Sentyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

Azərbaycanın ER-in suverenliyinə və ərazi bütövlüyünə qarşı son təcavüzünün nəticələrini təqdim edən nazir Mirzoyan qeyd edib ki, Azərbaycanın cinayət əməlləri mülki əhalinin və infrastrukturun qəsdən hədəfə alınması, beynəlxalq və humanitar hüququn kobud şəkildə pozulması halları ilə müşayiət olunub.

Nazir erməni hərbçilərə və hərbi əsirlərə qarşı qeyri-insani rəftar hallarının, o cümlədən qadın hərbçilərə qarşı işgəncə və digər hərbi cinayətlərin ciddi şəkildə pislənməsinin zəruriliyini xüsusi vurğulayıb.

Mirzoyan BQXK-nın Azərbaycandan erməni hərbi əsir və girovların qaytarılması, itkin düşmüş şəxslərin axtarışı və humanitar xarakterli digər məsələlərlə bağlı problemlərin həllinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT