ER-nin Təhlükəsizlik Şurasının genişləndirilmiş iclası keçirilib

ER-nin Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının genişləndirilmiş iclası keçirilib.

TŞ üzvləri ilə yanaşı, icasda Respublika Prezidenti Vahaqn Xaçaturyan, Artsax Prezidenti Arayik Harutyunyan, Parlamentin sədri Alen Simonyan, ER baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan, Parlamentin vitse-sədri Ruben Rubinyan, Parlamentin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan da iştirak ediblər.  

Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə təcavüzü nəticəsində yaranmış vəziyyət, eləcə də Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində həyata keçiriləcək addımlar müzakirə edilib. Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xarici təhdidlərə qarşı mübarizə kontekstində milli həmrəylik və birliyin vacibliyi vurğulanıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT