Nikol Paşinyan “Surmalu” ticarət mərkəzinin ərazisinə baş çəkib

ER Baş naziri Nikol Paşinyan avqustun 14-də partlayış baş verən Yerevanın “Surmalu” ticarət mərkəzinə baş çəkib.

Hökumət başçısını Yerevan meri Hraçya Sargsyan, fövqəladə hallar naziri Armen Pambuxçyan, FHN xilasetmə xidmətinin direktoru Armen Qasparyan, təftiş qurumlarının əlaqələndirilməsi idarəsinin rəhbəri Artur Asoyan müşayiət ediblər.

Baş nazir Paşinyana axtarış-xilasetmə və yanğınsöndürmə işlərinin gedişi təqdim olunub.

Xatırladaq ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində partlayış baş verib. 6 nəfər ölüb, 16 nəfər itkin düşüb. Tibb məntəqələrinə köçürülənlərin sayı 61 nəfərdir.

24 zərərçəkənin müxtəlif mərkəzlərdə müalicəsi davam edir. Mütəxəssislər onların səhhətini orta ağır kimi qiymətləndirirlər.

Xəstəxanaya yerləşdirilən digər xəstələrə lazımi tibbi yardım göstərilib və evə buraxılıblar.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT