Eduard Ağacanyan Latviya XİN dövlət katibinin müavini ilə görüşündə erməni əsirlərin vətənə qaytarılması məsələsini vurğulayıb

Eduard Ağacanyan Latviya XİN dövlət katibinin müavini ilə görüşündə erməni əsirlərin vətənə qaytarılması məsələsini vurğulayıb

İyunun 14-də ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan Latviya Respublikasının XİN dövlət katibinin müavini Ancey Uilyamsonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin üçüncü katibi Niklavs Neymanis, Latviya Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İngrid Levrens və Ermənistanın Latviya Respublikasına yeni təyin olunmuş səfiri Hovhannes İgityan iştirak ediblər.

Ancey Uilyamsons səmimi qəbula görə təşəkkür edib.

O qeyd edib ki, birbaşa təmaslar qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün parlamentlərarası əməkdaşlığa yeni təkan verəcək.

Eduard Ağacanyan 44 günlük müharibəyə və bunun nəticəsində yaranan humanitar nəticələrə toxunaraq, Azərbaycandakı erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin vətənə qayarılması və Artsaxın mədəni irsinin qorunub saxlanması məsələlərini vurğulayıb.

Tərəflər Aİ ölkələri ilə münasibətlər və regionda təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. 


 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT