Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib

Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

İclasda MDB xarici işlər nazirləri qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardı, MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanlarına toxundular. 

İclasda nazir Mirzoyan mayın 12-də Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə də toxunaraq, bunun regionda sülh və sabitliyin bərqərar olması istiqamətində bir addım olacağına ümid etdiyini bildirib.

Ararat Mirzoyan Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli, bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında sülh prosesinin təşviqi ilə bağlı mövqeyini təqdim edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT