Bir sıra hadisələrdə sülhməramlıların fəaliyyətinin səmərəliliyinin artırılmasının zəruriliyini görürük: Paşinyan

Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi son dərəcə vacibdir, onun əsas komponenti Laçın dəhlizinin fasiləsiz fəaliyyətidir. Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan hökumət iclasının əvvəlində çıxışı zamanı bildirib.

"Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı fəaliyyəti danılmazdır. Digər tərəfdən, bir sıra hadisələrdə sülhməramlı fəaliyyətin effektivliyinin artırılmasının zəruriliyini görürük. Azərbaycan bölmələrinin Dağlıq Qarabağda RF-nın sülhməramlı kontingentinin məsuliyyət zonasındakı Parux hissəsinə zorla daxil olması çox narahatedici faktdır və vəziyyətin ümumi qiymətləndirilməsi baxımından vacibdir" – deyə Paşinyan bildirib.

Nikol Paşinyan ümid bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Azərbaycan bölmələrinin tam çıxarılmasını təmin edəcək.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT