Günün ikinci yarısında Ermənistan baş naziri ilə Rusiya prezidentinin görüşü baş tutacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Rusiya Federasiyasına iki günlük rəsmi səfər etdi.

Nikol Paşinyanı Moskvanın “Vnukovo 2” hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qarşılayıb. Hava limanında fəxri qarovul dəstəsinin iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib, Ermənistan və Rusiyanın dövlət himnləri səsləndirilib.

Günün ikinci yarısında Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT