Ararat Mirzoyan və Endryu Şofer sülh danışıqlarının başlanması ilə bağlı fikir mübadiləsi aparıb

Aprelin 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferi qəbul edib.

Tərəflər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik rolunu vurğulayıb.

Sərhədlərin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının yaradılması haqqında razılaşmaların icrasının vacibliyi qeyd olunub. 

Ararat Mirzoyan Endryu Şofer\ Dağlıq Qarabağdakı vəziyyəti təqdim edib. Tərəflər 44 günlük müharibədən sonra yaranan humanitar məsələləri, xüsusilə də erməni hərbi əsirlərin dərhal azad edilməsi, vətənə qaytarılması, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin qorunub saxlanması məsələlərini ətraflı müzakirə ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT